Vəzifə təlimatlarıVəzifə təlimatları müəssisənin işçilərinin təşkilati-hüquqi vəziyyətini, funksiyalarını, hüquq və vəzifələrini, məsuliyyətini, ona qarşı irəli sürülən ixtisas tələblərini müəyyən edir. Vəzifə təlimatının mətni aşağıdakı hissələrdən ibarət olur:
Vəzifə təlimatları struktur bölmənin rəhbəri tərəfindən, əgər müəssisədə struktur bölmələr yoxdursa, o zaman, bu vəzifədə çalışan mütəxəssis tərəfindən hazırlanır və imzalanır, müəssisənin hüquqşunası ilə razılaşdırılır, və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. İşəgötürən əmək müqaviləsi imzalanmazdan əvvəl işçini vəzifə təlimatı ilə tanış etməlidir. Vəzifə təlimatı işçinin tanış olması üçün ona verilir və işçi tərəfindən imzalanır. İşçi vəzifə təlimatı ilə tanış olaraq, onu imzaladığı andan etibarən başqa vəzifəyə keçirilənə və ya işdən çıxarılana qədər təlimatın tələblərini yerinə yetirməlidir. Vəzifə təlimatlarına dəyişikliklər müəssisənin restrukturizasiyası, ştatların ixtisarı və s. hallarda yalnız müəssisə rəhbərinin əmri əsasında edilir. Vəzifə təlimatları aşağıdakı hallarda mütləq dəyişdirilməli və yenidən təsdiqlənməlidir:
Vəzifə Təlimatını yükləmək (Nümunəvi forma). Baş mühasibin vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Baş mühasibin müavininin vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Mühasibin vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Mühasibin (orta-peşə ixtisas) vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Kadrlar şöbəsinin müdirinin vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Anbardarın vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Xəzinədarın vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Katibənin vəzifə təlimatını yükləmək (Nümunəvi forma). Kompüter operatorunun vəzifə təlimatını yükləmək (Nümunəvi forma).
Normativ-hüquqi aktlar:
Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası Yazı sonuncu dəfə 2019-03-06 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.